21.11.2024, 21:36
AZ EN
05.12.2023, 15:11 312

İcma sədrinin müavini: Qərbi azərbaycanlılar 35 ildir doğmalarının məzarlarını ziyarət edə bilmirlər

XƏBƏRLƏR
  • Bakıda Qərbi Azərbaycan İcması tərəfindən təşkil olunan “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans çərçivəsində İcma sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən Pakistanın Ortaq Gələcəyə Malik İcması naminə Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəmlə görüşüb.

Pakistanlı qonağa soydaşlarımızın geriqayıdış hüququnun təmin olunması istiqamətində aparılan işlər barədə məlumat verilib. Qeyd olunub ki, 1987-1991-ci illərdə öz evlərindən zorla çıxarılan Qərbi azərbaycanlılar 35 ildir öz evlərinə qayıda, doğmalarının məzarlarını ziyarət edə bilmirlər.

Xalid Teymur Əkrəm sözügedən halların təməl insan hüquqlarına zidd olduğunu deyərək, belə faktların beynəlxalq hüququn norma və prinsiplərinə xələl gətirdiyini vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər