22.11.2024, 20:53
AZ EN
28.11.2023, 19:20 218

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib - XİN

XƏBƏRLƏR
  • Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib.

Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

"Avropa İnsan Haqları Məhkəməsi 17 oktyabr 2023-cü il tarixli son qərarında (“Hovhannisyan və Karapetyan Ermənistana qarşı işi”) qeyd edib ki, Ermənistan Respublikasının vətəndaşları R.Hovhannisyan və A. Sarkisyan 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırılıb və "Dağlıq Qarabağ silahlı qüvvələri"nin 36534 saylı hərbi hissəsinə göndəriliblər. 2010-cu ilin iyulunda onların hər ikisi daxili insident nəticəsində hərbçi yoldaşları tərəfindən öldürülüb. Öldürülən hərbçilərin valideynləri təzminat tələbi ilə Ermənistanı məhkəməyə verib.

Məhkəmə daha sonra qeyd edib ki, “o, artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan "Dağlıq Qarabağ" və ətraf ərazilər üzərində effektiv nəzarəti həyata keçirir və buna görə də Azərbaycanda baş vermiş hadisələrlə bağlı şikayətlər həmin ərazi Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Ermənistanın yurisdiksiyasına daxil olub", - diplomat yazıb.

E.Məmmədovun sözlərinə görə, Ermənistan Azərbaycanın o vaxtkı işğal olunmuş əraziləri üzərində heç bir nəzarəti və yurisdiksiyası olmadığını o məqsədlə bəyan edir ki, orada törədilən hər hansı qanunsuz hərəkətlərə görə dövlət məsuliyyətini inkar etsin.

"Diplomatik dillə desək, AİHM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib", - nazir müavini vurğulayıb. (Trend)

Oxşar xəbərlər