BMT-in Ətraf Mühit Proqramının ekspertləri Qarabağa səfər ediblər. APA-nın xəbərinə görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Tvitter”də paylaşım edib.
Qeyd olunub ki, səfər zamanı ekspertlərə bölgənin ekoloji vəziyyəti göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib.