Bu barədə Mərkəzdən məlumat verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi Türkiyəyə səfəri çərçivəsində Mərkəzin üzvləri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımla və BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti cənab Volkan Bozkır, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi İkmələddin İhsanoğlu və Türkiyənin sabiq Xarici işlər naziri Hikmət Çətinlə görüşlər keçirib.
Keçirilən görüşlərdə cari ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyası çərcivəsində keçiriləcək XXVI Yüksək Səviyyəli Toplantı və XI Qlobal Bakı Forumu, o cümlədən Mərkəzin üzvlərinin iştirakı ilə 2024-cü ildə yüksək səviyyəli toplantısının Türkiyə Respublikasında keçirilməsinin əhəmiyyəti müzakirə edilib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən BMT Baş Assambleyası çərcivəsində "Shaping the Future Rebooting Multilateralism" mövzusunda təşkil etdiyi XXVI Yüksək Səviyyəli toplantısının işində dünyanın 40-dan çox ölkəsindən 30-dan çox cari və sabiq ölkə və hökumət başçıları qatılacaqdır. (Report)