Bunu Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
O bildirib ki, tərəflər öz dəlillərini məhkəməyə təqdim ediblər: "Bizə bu il cavab veriləcəyini və ya qərar qəbul ediləcəyini gözləmirik. Yəqin ki ya gələn il, ya da 2024-cü il ilkin qərar verilə bilər".
Ç.Əsgərov söyləyib ki, Vətən müharibəsindən sonra Azərbaycandan Avropa Məhkəməsinə ümumilikdə 1000-ə yaxın fərdi şikayət göndərilib: "Həmin məsələlərə baxılır. Proses barədə bizə məlumat verilmir. Yəqin ki onlar gözləyirlər dövlət səviyyəsində edilən şikayətlərə baxılsın sonra fərdi şikayətlərə keçiləcək". (Report)