23.12.2024, 07:26
AZ EN
02.12.2024, 12:09 234

Komitə sədri: Qarabağa min erməni qayıdacaqsa, Qərbi Azərbaycana da min azərbaycanlı qayıtmalıdır

XƏBƏRLƏR
  • Ermənilər Qarabağa geri dönüşlə bağlı Azərbaycana təzyiq göstərmək istəyirlər.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, ermənilərin bu istəyi təmin edilərsə, mütləq qarşılıqlı şərtləri olmalıdır:

“Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdırsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır. Beynəlxalq platformalarda bu alternativ şərtlər qaldırılmalıdır”. (Report)

Oxşar xəbərlər