22.11.2024, 20:48
AZ EN
11.02.2024, 08:23 229

Azərbaycandakı prezident seçkiləri Kuba mətbuatının diqqət mərkəzindədir

XƏBƏRLƏR
  • Kubanın aparıcı mətbu orqanları “Prensa Latina”, “Granma”, “Trabajadores” qəzetlərində, eləcə də “Cubavision Internacional” və “Canal Caribe” televiziya kanallarında 7 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar prezidenti seçkiləri geniş işıqlandırılıb.

Bu barədə Azərbaycan Respublikasının Kubadakı Səfirliyindən bildirilib.

Məlumatlarda İlham Əliyevin Yeni Azərbaycan Partiyasının namizədi kimi prezident seçkilərində iştirak etdiyi və Azərbaycan xalqının 92 %-dən çox səsini əldə edərək inamlı qələbə qazandığı qeyd edilib. Kuba Respublikasının Prezidenti Miqel-Dias Kanel Bermudes tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkilərdə qələbəsi münasibəti ilə ünvanladığı təbrik məktubundan bəhs olunub.

Məqalələrdə Azərbaycan tarixində ilk dəfə seçkilərin ölkənin bütün ərazisində keçirildiyi, Azərbaycan mədəniyyətinin beşiyi, Şuşa şəhərinin seçki günü tarixi anlar yaşadığı, şəhər sakinlərinin uzun müddətdən sonra ilk dəfə olaraq öz şəhərlərində səs verdiyi bildirilib. Həmçinin, yazılarda müharibə yaralarının sağalması və dağıntıların bərpasının müəyyən vaxt almasına baxmayaraq, Şuşa, Füzuli, Xankəndi, Laçın və Qarabağın digər şəhərlərinin sakinləri seçkilərdə fəal iştirakları ilə dünyaya demokratiya nümunəsi nümayiş etdirdiyi vurğulanıb.

Materiallarda habelə, seçkiləri işıqlandırmaq məqsədilə Latın Amerikası regionundan Argentina, Braziliya, Çili, Kolumbiya, Kuba, Meksika və Uruqvaydan olan jurnalistlərlə yanaşı, ümumilikdə 120 xarici media mənsubunun akkreditasiya olunduğu bildirilib. (Report)

Oxşar xəbərlər