22.11.2024, 18:21
AZ EN
09.03.2023, 12:24 319

XİN: Ermənistan üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozur

XƏBƏRLƏR
  • Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır.

Bu Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair Azərbaycan XİN-in şərhində bildirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin müşahidə kameraları tərəfindən qeydə alınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş videoçəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır. (AZƏRTAC)

Oxşar xəbərlər