Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Diqqət regional məsələlərə yönəlib. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəlik bir daha təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, işlərin görülməsi kontekstində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”, - Rusiyanın xarici siyasət idarəsinin xəbərində deyilir. (Report)