Festival və konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması, eyni zamanda, geniş auditoriyada müzakirəyə çıxarılması əsas məqsəd kimi qarşıya qoyulub.
Qeyd edək ki, festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə keçiriləcək. (AZƏRTAC)