Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı suallara cavabında bildirib.
O qeyd edib ki, Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.
"Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq", - deyə əlavə edib.
Xatrıladaq ki, sosial şəbəkələrdə Fransanın Ermənistan üçün nəzərdə tutulan hərbi texnikasının Gürcüstan ərazisindən keçərək hərəkətini əks etdirən görüntülər yayılıb.
Noyabrın 11-dən 12-nə keçən gecə Fransanın “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası Gürcüstanın Poti limanına göndərilib. (Trend)