21.05.2024, 02:29
AZ EN
19.02.2023, 16:18 174

Deputat: Gürcüstan-Azərbaycan-Ermənistan əməkdaşlığı Cənubi Qafqazın potensialını artıra bilər

XƏBƏRLƏR
  • “Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda sülhlə bağlı tərəflərin irəli sürdüyü təkliflərin müzakirəsi yeni irəliləyişlərin əldə olunmasına işarədir”.

Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyevin konfrans sonrası televiziya kanallarına verdiyi müsahibə də, konfransdakı çıxışı da Azərbaycan diplomatiyasının uğurları silsiləsinə daxildir: “Azərbaycan Prezidenti "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iki ölkənin sərhədində nəzarət buraxılış məntəqələrinin yaradılmasının zəruriliyini qeyd etdi. İki ölkənin ərazilərində elə ancaq onlara məxsus nəzarət məntəqələrinin olması daha məqsədəuyğun olacaq”.

Müşfiq Cəfərov Prezident İlham Əliyevin konfransda Gürcüstan-Azərbaycan-Ermənistan əməkdaşlığı ilə bağlı mesajını da xatırladıb: “Hər üç ölkə regionda sıx əməkdaşlıq qurmaqla Cənubi Qafqazın beynəlxalq potensialını artıra bilər. Müzakirə olunan yeni təkliflər Cənubi Qafqazda iki qonşu dövlətin düşmənçiliyinə son qoya bilər. Azərbaycan və Ermənistan eyni taleyi yaşayan başqa ölkələr üçün nümunə ola bilər. Dünyaya sülh və rifah zəruridir. Cənubi Qafqazdakı bu sülh dünyada bir çox ölkələr üçün də bir nümunə ola bilər. Münxen konfransı ABŞ və Avropa İttifaqının iki ölkə arasındakı sülhün əldə olunmasına xüsusi önəm vermələri ilə də yadda qaldı”. (APA)

Oxşar xəbərlər