Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, indi biz bu proseslə əlaqədar praktiki işlər görməliyik. “Çünki tarixdən də bilirik ki, bəzən hətta Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyanatlar böyük əhəmiyyətə malik olmur. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Biz Ermənistandan da eyni addımı gözləyirik”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.