Görüşdə Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirildi.
Paytaxtımızda keçiriləcək IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etdiyi qeyd olundu və Forumun beynəlxalq əməkdaşlığı genişləndirmək işinə töhfə verəcəyinə əminlik ifadə edildi.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun artdığı və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndiyi məmnunluqla qeyd olundu.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. (AZƏRTAC)