Bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, bütün regionlara vətəndaşlarımızın qayıdışı təmin olunmalıdır: “Bölgələrdə demoqrafik balans pozulub. Hökumət böyük şəhər siyasətini işə salmalıdır. Türkiyədə şəhərləşmə siyasəti var, bu, bizdə də olmalıdır”. (APA)