O İctimai TV basitəsilə Qarabağdakı ermənilərə çağırış edib.
Türkiyə Böyük Millət Məclisinin İstanbuldan millət vəkili seçilən erməni əsilli üzvü Sevan Sıvacoğlu Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlardan danışaraq xalqların sülh və dostluq şəraitində yaşamasının tərəfdarı olduğunu vurğulayıb. Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarına da səslənən deputat onları bölgədə yaranmış yeni fürsətləri qaçırmamağa çağırıb: “Sülh olduqdan sonra oralarda iqtisadi, ticari əlaqələr də inkişaf edəcək. Bu isə sosial həyata, incənətə, mədəniyyətə də təsir göstərəcək.Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı oradakı ermənilərin rifahına şərait yaradacaq. Onlar əslində ən başdan qəbul etdikləri zaman gələcəkdə önlərində daha gözəl günlər olduğunu görəcəklər”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edən Sevan Sivacoğlu bu çərçivədə Prezident İlham Əliyevlə də qısa da olsa ünsiyyətdə olub: “Hörmətli İlham Əliyevlə salamlaşdıq, amma uzun söhbət etmək imkanımız olmadı. İnşallah bundan sonra olacaq”,- deyə millət vəkili vurğulayıb.
Millət vəkili həmçinin Azərbaycana səfər etmək niyyətindədir. İxtisasca həkim olan Sivacoğlunun Azərbaycanda həkim dostlasrı da var. Deyir ki, hətta onlarla birgə əməliyyatlarda da iştirak edib. Bir sözlə, bütün münaqişələrin sülhlə başa çatdığını əsas gətirən Sevan Sivacoğlu Azərbaycan və Ermənistanın da sülhə nail olacağına əmindir.
Hazırladı: Tahirə AĞAMİRZƏ