İşğaldan azad olunmuş ərazilərdə dağıntıları görməkdən son dərəcə dəhşətə gəldiyini ifadə edən qonaq bildirib: “Düşünürəm ki, gənclərin maarifləndirilmələri bu proseslərin tənzimlənməsində uğurlu olacaq. Həmçinin üçtərəfli görüşlərin keçirilməsi də məqsədəuyğun olar. Avropada da bu cür soyqırımı və etnik təmizləmə baş verdiyi üçün bu qəbildən hadisələrə elə də ciddi yanaşmırlar. Bu işlərdə Asiya ölkələrinin və ABŞ-ın ciddi rol oynayacağını düşünürəm”. (AZƏRTAC)