26.04.2024, 19:06
AZ EN
14.06.2022, 16:20 341

Azadlığa inamı xalqa sən bağışladın!

XƏBƏRLƏR
  • Hər millətin taleyində acılı-şirinli unudulmaz günləri olur. Milli Qurtuluş günü də Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı bir gün, xalqımızın sevimli bayramıdır.

O gün Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi gündür. Ancaq bu qayıdış sıradan bir qayıdış deyil. Elə bir qayıdışdır ki, bununla ölkədə özbaşınalığa, qardaş qırğınına son qoyuldu. Belə ki, AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində ölkədə siyasi böhran, hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsi yarandığı, torpaqlarımızın işğala məruz qaldığı bir vaxtda xalqın istəyi və təkidi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi.

Xalqımızın həqiqi liderinin 15 iyun 1993-cü ildə yenidən hakimiy­yətə gəlişi siyasi çəkişmələri aradan qaldırdı, ölkədə yaranmış kriminogen vəziyyətə son qoydu və bununla da vətəndaş müharibəsinin qarşısı alındı. Bundan sonra istər daxili, istərsə də, xarici siyasətdə canlanma başladı. Əvvəlki siyasi qruplaşmaların özbaşınalığından əziyyət çəkən xalqın təhlükəsizliyi təmin edildi. İnsanlarda dövlətə, ölkə rəhbərliyinə, gələcəyə, milli birliyə inam hissi yarandı. Daxili bazar tənzimləndi, xarici əlaqələr bərpa olunmağa başladı. Əvvəlki hakimiyyət nümayəndələrinin yürütdüyü səriştəsiz siyasət, qəbul etdiyi düşünülməmiş qərarlar Azərbaycanın dünyadakı imicinə də öz təsirini göstərmişdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz informasiya blokadasından çıxarıldı. Ermənistanın isə yalançı bəyanatları, şər, böhtan kompaniyası ilə dünyada qazandığı imicinə ağır zərbə endirildi. Belə ki, bir sıra vacib sənədlərdə Ermənistan işğalçı bir ölkə kimi öz layiq olduğu qiymətini aldı. Ermənistan-Azərbaycan arasında atəşkəs əldə olundu. Dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin müqaviləsi” bağlandı və s...

Günəş doğur elə bil, harda çəkilir adın,

Dosta fəxarət gəlir, gözü kor olur yadın.

“Azərbaycan”, - deyəndə səni düşünürük biz,

Azadlığa inamı xalqa sən bağışladın!

Sözləri Baba Vəziroğlu, musiqisi Kəmaləddin Heydərova aid olan bu nəğmədə deyildiyi kimi, Ulu Öndər Heydər Əliyev əməlləri ilə xalqın yaddaşında elə bir yer tutdu ki, bu gün də, “Azərbaycan”- deyəndə, biz onu, o Böyük insanı düşünürük...

Ümummilli Liderimizdən sonra ölkəmiz yenə əmin əllərdə oldu. Xalqımız Ulu Öndər Heydər Əliyev məktəbinin davamçısı Prezident İlham Əliyevlə də uğurla addımlayır. 2020-ci ilin sentyabrın 27 başlanan və 44 gün davam edən Vətən Mühaibəsində möhtəşəm dövlət, ordu və xalq birliyi nəticəsində qazandığımız Zəfər Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi həm də xalqın qəhrəmanına çevirdi.

Həmişə qəlbimizdə yaşayan, unudulmaz sərkərdə, dahi siyasətçi Ulu Öndərimiz Heydər Əliyevin bu sevimli bayram ərəfəsində ruhu, əlbəttə, şaddır. Çünki vaxtilə min bir qayğı göstərdiyi, sonra həsrəti ilə dünyadan köçdüyü Qarabağda, Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Xocavənddə üçrəngli bayrağımız qürurla dalğalanır. Xalqımızın böyük liderinin dediyi kimi, bu gün biz də, fəxr edirik ki, azərbaycanlıyıq, çünki qalib ölkənin qalib vətəndaşlarıyıq.

Bayramın mübarək, can, Azərbaycan!

Mina RƏŞİD

Oxşar xəbərlər