22.11.2024, 21:16
AZ EN
31.10.2023, 16:49 217

Ekspert: “Kanada XİN rəhbərinin bəyanatları bu ölkənin xarici siyasətinin ədalətliliyinə şübhə yaradır”

XƏBƏRLƏR
  • "Kanadanın xarici işlər naziri Melani Jolinin Ermənistana səfəri zamanı Azərbaycanla bağlı son bəyanatları ölkəsinin xarici siyasətinin ədalətliliyinə ciddi şübhələr yaradır".

Bunu açıqlamasında pakistanlı beynəlxalq əlaqələr üzrə analitik Xalid Taymur Əkrəm deyib.

"Kanadanın xarici işlər nazirinin Ermənistana son səfəri və erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı Azərbaycana qarşı əsassız ittihamlarla bağlı ciddi narahatlıq doğurub. Onun çıxışında Azərbaycana qarşı sanksiyalar tətbiq etmək hədələri də var. Kanadanın yerli xalqlara qarşı sui-istifadə və soyqırımında tarixi iştirakını nəzərə alaraq, bu xüsusilə ikiüzlü mövqedir”, - ekspert vurğulayıb.

Onun fikrincə, nazir Kanadadakı erməni diasporunun təsiri altına düşüb və ya aldadılıb. Çünki onun bəyanatları xarici işlər nazirindən gözlənilən kimi obyektiv və qərəzsiz deyil: “O, diplomatik münasibətləri gücləndirmək və sülh yolu ilə həllini axtarmaq əvəzinə, Kanadadakı erməni diasporası ilə maraqlanır”.

Xalid Taymur Əkrəmin sözlərinə görə, bu, Kanadanın Cənubi Qafqazla bağlı siyasətinin Ermənistanın təsirinə məruz qaldığını göstərir, xüsusən də son silsilə bəyanatlar və hərəkətləri nəzərə alsaq: “Kanada bu cür bəyanatlar verməkdən çəkinməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”.

“Onun yanaşmasında tarazlığın olmaması, eləcə də erməni diasporunun təsiri regionda sülh prosesinə mane ola bilər və Kanada-Azərbaycan münasibətlərinə xələl gətirə bilər”, - o yekunlaşdırıb. (Report)

Oxşar xəbərlər