22.11.2024, 21:29
AZ EN
14.06.2022, 10:45 452

Nikol Paşinyan: “Azərbaycanla delimitasiyanın Qarabağla əlaqəsi yoxdur”

XƏBƏRLƏR
  • İyunun 13-14-də Qətər dövlətində işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsinin olmadığını bildirib.

O, bu barədə “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

Ermənistanın baş naziri Bakı və İrəvan arasında fərqli danışıqlar formatının olduğunu və bu formatlardan birinin delimitasiya məsələsinə aid olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır.

“Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var”, - Paşinyan diqqətə çatdırıb.

Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir” sualına Ermənistan hökumətinin rəhbəri “Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var”, - deyə cavab verib və əlavə edib ki, Rusiyanı Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasında qarant kimi görünür.

Oxşar xəbərlər