09.06.2025, 00:19
AZ EN
25.10.2023, 17:36 339

Hikmət Hacıyev: Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir

XƏBƏRLƏR
  • Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir.

Bu barədə "POLITICO"ya müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib - əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir", - o deyib.

H.Hacıyev Ermənistan tərəfinin Azərbaycanın guya "Zəngəzuru tutmağı planlaşdırdığı" barədə təxribatçı açıqlamalarını təkzib edib. (Trend)

Oxşar xəbərlər