Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbir Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğu və Altınbaş Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda Qərbi Azərbaycan İcmasının sədri deputat Əziz Ələkbərov mövzuya dair məruzə ilə çıxış edəcək. Deputat tədbir iştirakçılarına Azərbaycan həqiqətləri barədə məlumat verəcək.
Səfər oktyabrın 25-də başa çatacaq. (AZƏRTAC)