20.09.2024, 18:47
AZ EN
17.10.2023, 12:48 266

Elçin Əmirbəyov: "Bakının Zəngəzuru nəzarətə almaq planı yoxdur"

XƏBƏRLƏR

“Bakı Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyır”.

"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə təmsilçisi Elçin Əmirbəyov BBC-nin rus xidmətinə müsahibəsində deyib. O, Bakının Zəngəzuru nəzarətə almaq planlarının olmadığını, Ermənistanın bununla bağlı narahatlığının əbəs olduğunu söyləyib: “Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyırıq. Ancaq bilməliyik ki, qarşı tərəf dəhliz boyunca hərəkətin təhlükəsizliyini təmin edəcək. Bizə Azərbaycanın əsas hissəsindən Naxçıvana, yaxud əks istiqamətə qatara minən hər bir sərnişin üçün təhlükəsizlik təminatı lazımdır”.

Əmirbəyov onu da əlavə edib ki, rəsmi Bakı Zəngəzur dəhlizi ilə bağlı danışıqlara hazırdır. Ancaq Ermənistan prosesi uzatmağa üstünlük versə, Azərbaycan marşrutu İran ərazisindən çəkməli olacaq.

Prezidentin köməkçisi bildirib ki, bundan sonra növbəti addım Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar ola bilər: “Əsas məsələ odur ki, tərəflərin bu məsələni sülh yoluyla həll etməyə siyasi iradəsi çatacaqmı? Biz belə bir həlli, eləcə də ikitərəfli danışıqların digər istiqamətlər üzrə irəliləməsini çox istəyirik. Hesab edirik ki, sərhədimiz nə qədər tez razılaşdırılsa, o qədər yaxşıdır. Bu zaman hansısa hərbi əməliyyatların bərpası ehtimalı da az olar”.

Elxan SALAHOV

Oxşar xəbərlər