Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə keçirilən iclasda deyib.
“Bu, BMT-nin son 30 ildə Qarabağdakı ilk missiyası idi. Azərbaycan və BMT 90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı etnik təmizləməni sənədləşdirmək üçün işğal illərində dəfələrlə bu ərazilərə çıxış əldə etməyə cəhd göstərib, lakin Ermənistan dəfələrlə BMT-yə və ya hər hansı digər dövlətə imtina edib”-deyə, o bildirib.
Onun sözlərinə görə, ilk səfər zamanı BMT nümayəndələri yerli əhali ilə görüşüb söhbət ediblər, humanitar yardım və tibbi xidmətlərlə tanış olublar.
“Onlar mülki və ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini binalara heç bir ziyanın dəymədiyini qeydə alıblar”.
Xarici işlər nazirinin müavini qeyd edib ki, oktyabrın 9-10-da BMT missiyasının Qarabağa ikinci səfəri olub. Hazırda Azərbaycan birinci əldən məlumat əldə etmək üçün missiyanın hesabatlarını gözləyir. (Report)