14.03.2025, 21:47
AZ EN
11.10.2023, 13:26 244

Kreml: Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir

XƏBƏRLƏR
  • Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib: "Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir".

Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq: "Lakin Ermənistanla təmaslar davam edəcək", deyə Kreml rəsmisi qeyd edib. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR