Parlamentdən verilən məlumata görə, S.Qafarova bildirib ki, bununla bağlı bir dənə də olsun fakt yoxdur.
"Gedənlər bunu öz seçimləri ilə ediblər və Azərbaycan onların hərəkətinin təhlükəsizliyini təmin edib. Milli Məclisin sədri xatırladıb ki, BMT-nin ölkədəki Rezident Əlaqələndirici Ofisinin və BMT-nin ixtisaslaşmış qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti əraziyə səfər etmişdi. Onların sonrakı bəyanatı dinc əhaliyə, mülki və sosial infrastruktura qeydə alınmış hər hansı zərərin olmadığını təsdiqləyib", - deyə S.Qafarova bildirib.
Spiker görüşdə, həmçinin, bir sıra dairələrin Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini, ikili standartlara söykənən ədalətsiz yanaşmanı tənqid edib. (Trend)