22.11.2024, 10:39
AZ EN
09.10.2023, 17:26 213

Azərbaycanın sədrliyi ilə İƏT-ə üzv dövlətlərin yüksək səviyyəli rəsmilərinin görüşü keçirildi

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub.

Görüş zamanı sabah Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR