Bunu Xocalıya ezam olunmuş əməkdaşına açıqlamasında türkiyəli jurnalist Hayati Başarslan deyib.
O bildirib ki, ermənilər əraziləri minalayıblar: "Onların burada narkotik maddələr istehsal etdiyinə dair məlumatlar da var. Bunlar humanizmə qarşı atılmış addımlardır, qəbuledilməzdir. Mənim də övladım var. Burada gördüklərimdən sonra istər-istəməz ondan narahat olmağa başladım. Təəssüf ki, ermənilərin cinayətləri beynəlxalq medianı o qədər də maraqlandırmır. Gəlib çəkib gedirlər. Halbuki, ciddi araşdırmalara ehtiyac var". (Report)