İranlı nazirin 2 günlük səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmiləri, o cümlədən Baş Nazirin müavini Şahin Mustafayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü nəzərdə tutulur.
Səfər çərçivəsində İranla Azərbaycan arasında arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək.
Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması müzakirə olunacaq. (Trend)