13.11.2025, 23:02
AZ EN
13.11.2025, 16:39 129

Aİ-nin yeni səfiri Qarabağ və Şərqi Zəngəzurdakı mina problemi barədə məlumatlandırılıb

XƏBƏRLƏR
  • Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri səfir Mariyana Kuyundziç Qarabağ və Şərqi Zəngəzurda mövcud mina problemi ilə bağlı məlumatlandırılıb.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Belə ki, yeni səfir Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Görüşdə Qarabağ və Şərqi Zəngəzurda mövcud mina problemi, çirklənmə miqyası, mina probleminin bərpa-yenidənqurma işlərinə və keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr, eləcə də icra edilən genişmiqyaslı minatəmizləmə fəaliyyəti barədə nümayəndəyə məlumat verilib.

Görüş zamanı Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə Avropa İttifaqı tərəfindən dəstəyin davam etdirilməsi, bu çərçivədə yeni layihə imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Report)

Oxşar xəbərlər