Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri senariyə uyğun olaraq aşkar olunan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər.
Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə qabiliyyətini və şəxsi heyətin praktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.
Döyüş atışlı taktiki təlimlərdə qarşıya qoyulan tapşırıqlar bölmələr tərəfindən müvəffəqiyyətlə icra olunub.