Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi bildirib.
O qeyd edib ki, Türkiyə Azərbaycanla “bir millət-iki dövlət” şüarı ilə birlikdə hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlərini davam etdirir.
“Qəhrəman Azərbaycan ordusunun 30 ildir işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı, 44 gün davam edən “Tək Vətən əməliyyatı”nın üçüncü ildönümü və “27 Sentyabr Şəhidlərin Anım Günü” münasibəti ilə Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi yad edirik”, açıqlamada deyilir. (APA)