08.09.2024, 05:46
AZ EN
19.12.2022, 17:00 380

Xankəndi-Laçın yolundakı aksiya Nyu-Yorkda nümayiş olundu

XƏBƏRLƏR
  • Xəbər verildiyi kimi, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası səkkiz gündür davam edir. “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!”, “Ekoloji terrora son”, “Mina terroruna son” şüarları ilə keçirilən aksiyada vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri və gənclər iştirak edirlər.

Qeyri-hökumət təşkilatları fəallarının və ölkə gəncliyinin keçirdiyi aksiya beynəlxalq miqyasda da maraqla qarşılanıb. Azərbaycan Beynəlxalq Biznes Parntyorları Klubu (BPC), meyvə-tərəvəz idxal-ixrac şirkəti - “Agromix” və “Mediamark” agentliyi ABŞ-ın mərkəzində, Xankəndi-Laçın yolunda keçirilən aksiyaya dəstək məqsədilə təbliğat kampaniyası təşkil edib. Nyu-Yorkun mərkəzində, Times meydanında təbliğat posterləri nümayiş olunub. Eyni zamanda, ərazidən keçən əcnəbilərə təbliğat broşürlərı paylanıb. Posterdə və təbliğat broşürlərində Xankəndi-Laçın yolunda keçirilən aksiyanın məqsədləri öz əksini tapıb və Azərbaycan həqiqətləri amerikalıların diqqətinə çatdırılıb.

Mövzu ilə bağlı danışan Azərbaycan Beynəlxalq Biznes Parntyorları Klubunun (BPC) sədri və “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova bildirib ki, Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti təmsilçilərinin və gənclərimizin etiraz aksiyasına dəstək olmaq hər bir ölkə vətəndaşının borcudur: “Qərara gəldik ki, bunu daha fərqli formada həyata keçirək. ABŞ-da, Nyu-Yorkun mərkəzində “Qarabağ Azərbaycandır!”, “Təbiəti Qoruyaq” şüarları ilə dəstək kampaniyası təşkil etdik”.

Aksiyaya böyük ictimai marağın olduğunu diqqətə çatdıran Gülpəri Bayramova deyib: “Gün ərzində milyonlarla insan poster və broşürlər vasitəsilə Azərbaycan həqiqətləri, Rusiya sülhməramlı kontingentinin və Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı həyata keçirdiyi mənfur siyasət barədə məlumatlar əldə ediblər”.

Oxşar xəbərlər