Bu barədə qurumun yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Qərbi Azərbaycan İcması Polşa Xarici İşlər Nazirliyinin açıqlaması ilə bağlı rəsmi Varşavanı ölkələrin ərazi bütövlüyünə və suverenliyinə dini təəssübkeşlik prizmasından baxmamağa çağırır: "Polşanın dəyərlərə və beynəlxalq hüquqa belə selektiv yanaşması qəbuledilməzdir. Polşadan ayrı-seçkiliyə son verməyi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyi tələb edirik". (Report)