19.10.2024, 03:32
AZ EN
20.09.2023, 17:31 197

Hikmət Hacıyev: Azərbaycan tərəfi nümayiş etdirdi ki, konkret və selektiv olaraq heç bir şəkildə mülki obyektlərə zərbə endirmədi

XƏBƏRLƏR
  • Azərbaycan hər zaman beynəlxalq tərəfdaşlar önündə bildirib ki, Qarabağ ərazisində 10 minə yaxın hərbçi, eyni zamanda tanklar, artilleriya qurğuları və digər elementlər regional sülhə təhdiddir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, dünən mina partlaması nəticəsində şəhid olan polis zabitləri və mülki vətəndaşları həlak olub ki, bu da məhdud antiterror tədbirləri həyata keçirilməsinə məcbur etdi: “Mahiyyət etibarilə məhdud həyata keçirilən tədbirlərdə Azərbaycan tərəfi nümayiş etdirdi ki, konkret və selektiv olaraq heç bir şəkildə mülki obyektlərə zərbə endirmədi”. (APA)

Oxşar xəbərlər