Baş katib Azərbaycanın regionda davamlı sülhün bərqərar olması istiqamətində səylərini dəstəklədiyini bildirib. O, həmçinin Yəmən, Suriya, Sudan, Liviya və Afrikanın müsəlman ölkələrində sabitliyin bərpa olunması sahəsində İƏT-in səylərinin artırılmasının zəruriliyini vurğulayıb. Baş katib qeyd edib ki, İraqın birliyi, ərazi bütövlüyü və yenidən qurulması İslam dünyası üçün mühümdür.
Hazırlıq iclasında qeyd olunub ki, İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında Əfqanıstan hökumətinə xüsusi təkliflər paketi də müzakirə olunacaq. H.B.Taha, həmçinin Şuranın 48-ci iclasına uğurla sədrlik etdiyinə görə Pakistan hökumətinə təşəkkürünü bildirib. (AZƏRTAC)