09.06.2025, 03:08
AZ EN
15.04.2024, 10:21 355

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazlarına baxılacaq

XƏBƏRLƏR
  • Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

O xatırladıb ki, məhkəmədə Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.

"Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr baş tutacaq", - XİN rəsmisi bildirib.

A.Hacızadənin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir. (Report)

Oxşar xəbərlər