08.09.2024, 05:12
AZ EN
25.01.2024, 17:25 203

AŞPA-nın qərəzli mövqeyi qurumun özünün nüfuzuna ciddi xələl gətirir

XƏBƏRLƏR
  • Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli qətnaməsi qurumun özünün nüfuzuna ciddi xələl gətirir. Qarabağ və Şərqi Zəngəzurun 30 il ərzində Ermənistan tərəfindən işğal altında qalmasına və tamamilə dağıdılaraq talan edilməsinə göz yuman AŞPA Qafqazdakı yeni düzəndən ciddi narahatçılıq keçirməkdədir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, əslində bizim bu mövzu barədə deyəcək fikirlərimiz, sözlərimiz çoxdur: "Uzun müddətdir Avropa Şurasının, Avropa təsisatlarının ikiüzlülüyü, qərəzi barədə biz danışırıq. Konkret olaraq bizim bu mövzu ilə bağlı belə suallarımız var. Avropa Şurası və Parlamenti bu suallara cavab versin. Əgər onlar iddia edirlərsə ki, məhz Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına görə bu addımı atırlar, yəni bunu bu formada əsaslandırırlar, həbsxana ilə bağlı və digər mısələlərlə bağlı. Biz bu ittihamları, bu sözləri onlardan artıq üzv olduğumuz gündən bu günə kimi eşidirik.

Niyə məhz indiki dövrdə, Azərbaycan torpaqlarını azad etdikdən sonra, Azərbaycan öz suverenliyini təmin etdikdən sonra, öz qələbəsini təmin etdikdən sonra, Prezident seçkiləri ərəfəsində onlar belə bir qərarı qəbul etdilər və Azərbaycanı bu qurumdan çıxarmaq istədilər. Yəni nə üçün bu biz torpaqlarımızı azad etdiyimiz dövrlə eyni vaxta təsadüf edir və ikinci bir sual:

-30 il ərzində torpaqlarımız işğal oldu, Xocalı soyqırımı, ermənilər davamlı olaraq atəşkəsi pozdular, bir milyondan artıq insanı qaçqın və məcburi kökçün halında saxladılar. O vaxt həmin bu parlament, həmin bu şura harda idi? Niyə Ermənistana qarşı heç bir addım atmadı? Necə olur, biz torpaqlarımızı azad edirik, suverenliyimizi təmin edirik, bizə qarşı bu cür qərəzli addımlar atılır? Amma Ermənistan isə uzun müddət Azərbaycan torpağını işğal edir, məscidlərimizi dağıdır. 10 min kvadratkilometr ərazimizi vəhşicəsinə talan edir, dağıdır, məscidlərdə donuz, inək sağlayır, kilsələri dağıdır. Amma bu məsələyə heç bir münasibət və heç bir reaksiya verilmir. Bu, bir daha onu göstərir ki, burada onları narahat edən Azərbaycanın güclənməsidir. Azərbaycanın öz suverenliyini təmin etməsidir. Bizim əslində bu quruma heç ehtiyacımız yoxdur. Madam ki, bu qurum bizə qarşı davamlı olaraq ədalətsiz mövqeyini sərgiləyəcək, ümumiyyətlə, o qurumda bizim fəaliyyətimizə ehtiyac yoxdur. Haqlı olaraq Azərbaycan nümayəndə heyəti öz etirazını, münasibətini bildirdi və bu gündən sonra da biz əməkdaşlığımızı qeyri-müəyyən vaxta qədər dayandırırıq və bunun da, bir daha təkrar edirəm müəyyən qədər əsasları və arqumentləri var ki, biz nə üçün bu addımları atırıq",- deyə deputat fikrini tamamlayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər