Bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransa radiosuna müsahibəsində yer alıb.
Ermənistanın separatçılara hər cür dəstək verdiyini vurğulayan E.Əmirbəyov deyib: “Ermənistan, həmçinin separatçıları özünün dövlət büdcəsindən maliyyələşdirir. Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara alınıb ki, lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəfləri neytrallaşdırılsın”. (AZƏRTAC)