Bunu Milli Məclisin deputatı Asim Mollazadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı beynəlxalq tədbirin "Fransanın 2020-ci ildən sonrakı siyasəti" mövzulu ikinci panel sessiyasında deyib.
Onun sözlərinə görə, ermənilər Nikol Paşinyandan sülh istəyirlər:
"Amma Fransa, ABŞ və Belçikadakı erməni diasporu bunu istəmir, əksinə, buna qarşı mübarizə aparır. Erməni diasporunun biznesinin əsasını nifrət təşkil edir. Onlar bu nifrətdən qazanc əldə edirlər". (Report)