20.06.2024, 23:50
AZ EN
18.09.2023, 20:00 202

Naser Kənani: İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyinə ümid edir

XƏBƏRLƏR
  • İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyinə və əməkdaşların qayıdacaqlarına ümid edir.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, son zamanlar qarşılıqlı görüşlər və danışıqlar baş tutub. Hər iki ölkənin xarici işlər nazirləri telefon əlaqəsi saxlayıblar və geniş fikir mübadiləsi aparıblar.

“Həyata keçirilən tədbirlər uğurla başa çatdıqdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin bərpa olunacağına ümid edirik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb. Qatil həbs olunub, məhkəmə araşdırması aparılır. (AZERTAC)

Oxşar xəbərlər