22.11.2024, 19:14
AZ EN
07.09.2023, 15:49 241

Azərbaycan sona kimi öz mövqeyini müdafiə edəcək

XƏBƏRLƏR
  • "Ermənilərin Azərbaycanın göndərdiyi yardımı qəbul etməmələri onu göstərir ki, Qarabağda heç bir aclıq yoxdur. Əgər həqiqətən də elə aclıq olsaydı, bu gün ermənilər həmin yükü qəbul edərdilər".

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan tərəfindən göndərilən humanitar yardımın artıq 9 gündür Ağdam-Xankəndi yolunda gözlədilməsi ilə bağlı açıqlamasında səsləndirib.

Millət vəkili bildirib ki, “Humanitar fəlakət” şousu daha çox süni formada yaradılmış ajiotaj, Ermənistanın yaratdığı TIR şousunun tərkib hissəsi və çirkin məqsəd və niyyətləri yerinə yetirmək üçün ortaya atılan növbəti yalandır. Ac olan insan küçələrə çıxıb “bizə türkün çörəyi lazım deyil” deməz.

"Ermənilər çalışmalıdırlar ki, belə təxribatlara son qoysunlar: "Bu addımları atdıqca əks nəticəsi daha çox olacaq. Çünki Azərbaycan sona kimi öz mövqeyini müdafiə edəcək. Yaxşı olar ki, Ermənistan bölgəyə sülhün gəlməsi üçün real və ciddi addımlar atsın", - deyə deputat vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər