25.12.2024, 05:47
AZ EN
27.08.2023, 10:17 269

Hikmət Hacıyev: “ABŞ və Avropadakı bütün ermənipərəst siyasətçilər araşdırılmalıdır”

XƏBƏRLƏR
  • Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev eksdə ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.

Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:

“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.

H. Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında qeyd olunub: “Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”. (Report)

Oxşar xəbərlər