Bu barədə Qərbi Azərbaycan Televiziyasından məlumat verilib. Bildirilib ki, müxbir Ermənistan ərazisindən 1987-1991-ci illərdəki son deportasiya dalğasında 300 mindən çox azərbaycanlının qovulması, onların Qərbi Azərbaycan İcmasında təşkilatlanaraq beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq üçün çalışmaları barədə məlumat verərək təəssüf ki, Ermənistanın Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına məhəl qoymadığını qeyd edib və ATƏT-in Malta sədrliyinin Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı üçün nələr etdiyi barədə sual ünvanlayıb.
Müxbir, həmçinin Qərbi Azərbaycan İcmasının məktubunu ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim edib.
ATƏT-in sədri cavabında ümumi şəkildə Azərbaycan və Ermənistana sülh arzuladığını bildirib. (AZƏRTAC)