Bunu açıqlamasında beynəlxalq əlaqələr üzrə pakistanlı analitik Xalid Taymur Əkrəm Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Arazdəyən (Yerasx) kəndində iri metallurgiya zavodu tikməsini şərh edərkən deyib.
“Bakının razılığı olmadan Azərbaycanla sərhəd yaxınlığında iri metallurgiya müəssisəsinin yaradılması beynəlxalq ekoloji standartların və normaların kobud şəkildə pozulmasıdır və dərin narahatlıq doğurur”, - o bildirib.
Ekspert vurğulayıb ki, müəssisənin tikintisi bütün regiona ciddi mənfi təsir göstərəcək.
Əkrəmin sözlərinə görə, Ermənistanın hərəkətləri regional problem çərçivəsindən də kənara çıxıb: “Planetimizi əhatə edən dəhşətli ekoloji riskləri nəzərə alaraq Ermənistanın hazırkı ekoterrorizm kursundan əl çəkməsi son dərəcə vacibdir”.
Analitik onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın nəinki regional ekoloji təhlükəsizliyə xələl gətirən, həm də beynəlxalq hüququn müəyyən edilmiş normalarını pozan destruktiv hərəkətlərinə kollektiv şəkildə reaksiya verməlidir. (Report)