Bu barədə bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, güclü Türkiyə - güclü Azərbaycan, güclü Azərbaycan - güclü Türkiyədir.
"Qarabağın bərpasına, yenidən dirçəldilməsinə dəstəyimiz davam edəcək. Güclü Türkiyə - güclü Azərbaycandır və güclü Azərbaycan - güclü Türkiyədir. Beynəlxaq ictimaiyyət tərəflər arasında ayrıseçkilik etməməlidir. Onlara çağırış edərək bildirir ki, regionda sülhü dəstəkləsinlər. Regionda sabitliyə gedən yol sülhün imzalanmasından keçir. Zəngəzur dəhlizinin açılması da önəmli rola sahibdir", - deyə nazir bildirib. (Trend)