19.05.2024, 04:49
AZ EN
25.07.2023, 16:31 221

Paşinyan Azərbaycanla normallaşma prosesində Rusiyanın fəallığının azaldığını bildirib

XƏBƏRLƏR
  • Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiya tərəfinin fəallığı obyektiv səbəblərdən azalıb.

Paşinyan bu gün keçirdiyi brifinqdə buna səbəb kimi Ukrayna müharibəsini göstərib.

O, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin son səfəri zamanı yeni təkliflərlə çıxış etmədiyini bildirib.

Bununla belə, Paşinyan danışıqların lazım olduğuna diqqət çəkib.

Eyni zamanda, o, Avropa və ABŞ-ın bu məsələdə fəal olduqlarını əlavə edib. Paşinyan onların prosesə verdikləri töhfələri yüksək qiymətləndirib. (APA)

Oxşar xəbərlər