Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun yekunları ilə bağlı jurnalistlərə müsahibəsində ifadə edib.
Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılması idi.
Əhməd İsmayılov bütün Forum iştirakçıları, Azərbaycanın mətbuat nümayəndələrinin rəhbərləri, media menecerləri adından Prezident İlham Əliyevə belə bir şərait yaratdığına görə dərin təşəkkürünü bildirib. (AZƏRTAC)