22.11.2024, 18:24
AZ EN
19.07.2023, 09:56 362

Şərqi Zəngəzura qayıdışın bir ili: Ağalıda qaynar həyat davam edir

XƏBƏRLƏR
  • İşğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndinin sakinləri doğma yurda qayıdışın bir ilini qeyd etməyə hazırlaşırlar.

30 il qohumdan, əqrabadan, kənddən, hər kəsdən uzaq düşmək çox ağır olsa da, sanki bu 30 il bir yuxu kimi keçdi. Onlar artıq bir ildir ki, öz doğma yurd-yuvalarına qayıdıblar, burda yaşayırlar, burda qurub-yaradırlar. Onların burda rahat yaşaması üçün dövlətimiz də hər cür şərait yaradıb.

Burda yaşayan insanların işlə təmin olunması üçün böyük layihələr icra olunur, həm bağlar salınıb, həm tikiş evləri, şirniyyat evləri, bunlarla paralel olaraq özünəməşğulluq proqramları icra olunur. Bu da kənd sakinlərinin həm məşğuliyyətini təmin edir, həm də  onların gəlirlərini artırır. Bir il müddətində torpağa yeni can verən, yaşadıqları kəndin abadlaşması üçün var qüvvələri ilə çalışan kənd sakinlərinin torpağa necə bağlı olduqlarını, sevdiklərini video-çəkilişlərdən gördükdə, əminlik yaranır ki, onlar məhz elə qurub-yaratmaq üçün burdadırlar. Onların əkdikləri ağaclar böyüyür, saldıqları bağ-bostanlarda tərəvəz məhsulları aşıb-daşır. Zəngilanın Ağalı kəndi necə ki, “Böyük Qayıdış”ın ilk müjdəçisi oldu və bu kəndin insanlarının geri dönüşü bir daha sübut etdi ki, işğaldan azad edilən hal-hazırda tikinti-quruculuq, abadlıq işləri aparılan digər torpaqlarımızda da bu ənənə davam edəcək. Burada böyük layihələrin icra olunması və  bütün bunlar “Böyük Qayıdış”a hesablanıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər