19.10.2024, 12:23
AZ EN
17.07.2023, 15:46 219

Rus politoloq: “Ermənilərin Qarabağda heç bir perspektivi yoxdur”

XƏBƏRLƏR
  • Hamının şovinist kimi tanıdığı rusiyalı politoloq Yevgeni Satanovski nəhayət ki, ermənilərin Qarabağda perspektivinin olmadığını etiraf edib. O, Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini nəzərə alaraq, Qarabağda yaşayan ermənilərin gələcəyinə inanmadığını bildirib.

“Vətən səsi” erməni mediasına istinadla xəbər verir ki, Satanovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyi barədə bəyanatını şərh edərkən separatçıların heç bir perspektivinin olmamasına işarə edib: "Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti var. Əgər Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı fəaliyyəti nəticəsində başqa qərar qəbul edilmirsə, bəli, sülhməramlılar ərazini tərk edəcək. Qalan hər şey texniki problemlərdir və öz-özünə həll olunacaq”.

Qırx dörd günlük müharibədən sonrakı dövrdə baş verən dəyişiklikləri xatırladan Satanovski Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsini yada salıb. O, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Qarabağın Azərbaycanın bir hissəsi kimi tanındığını da vurğulayıb: “Məncə, bu vəziyyətdə Qarabağda dinc əhalini, ilk növbədə qadınları və uşaqları çıxarmaq lazımdır. Bugünkü Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində Qarabağda yaşayan ermənilərin heç bir perspektivi yoxdur və onların gələcəyinə inanmıram”.

Oxşar xəbərlər